Həsənov və Əliyev qızıl, Hacıyev bürünc, Mustafayev gümüş medal qazandı

Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

 

Newsport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya ikiqat Avropa çempionu Hacı Əliyev finalda türkiyəli  Selahəttin Kılıcsallayanı məğlub edib – 7:0. Bununla da idmançımız üçüncü dəfə Avropanın ən güclüsü adını qazanıb.

 

Daha bir sərbəst güləşçimiz Ağahüseyn Mustafayev (70 kq) finalda Mustafa Kaya ilə üz-üzə gəlib. Görüş türkiyəli idmançının qələbəsi ilə başa çatıb - 6:2. 

 

97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkib və 5:0 hesabı ilə qalib gəlib.

 

 Cəbrayıl Həsənov da Avropa çempionu olub. Onun rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün idmançımız qızıl medala yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right