Şərif Şərifov yarımfinalda Yenilənir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bu gün daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Newsport.az xəbər verir ki, ikinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən pəhləvanlar qüvvəsini sınayacaq. Ötən gün bu kateqoriyalar üzrə püşkatma mərasimi keçirilib və yığma üzvlərinin ilk rəqibləri müəyyənləşib.

 

61 kq

Əsgər Məmmədəliyev təsnifat mərhələsindəcə Nikolay Oxlopkova (Rumıniya) yenilib - 0:6.

74 kq

Hacımurad Hacıyev 1/8 finalda moldovalı Georgi Paskalovu asanlıqla məğlub edib (10:1). O, 1/4 finalda Maksim Vasilioqlo (Rumıniya) önündə döşək üzərinə çıxacaq.

86 kq

Murad Süleymanov təsnifat mərhələsində Riçard Ferents Liqetini (Macarıstan) 5:0 hesabı ilə məğlub edib. Onun 1/8 finaldakı qurbanı almaniyalı Ahmed Dudarov olub - 10:1. Pəhləvanımız 1/4 finalda Taymuraz Naskidaevanı (İspaniya) sınağa çəkəcək.

92 kq

Şərif Şərifov yarışa 1/4 finaldan qoşulub. Olimpiya çempionu Rusiya təmsilçisi Məhəmməd Qurbanovu 6:2 hesabı ilə üstələyərək, yarımfinala adlayıb. İdmançımız final yolunda İrakli Mtsitui (Gürcüstan) ilə görüşəcək.

125 kq

Seyid Məhəmmədrza Azərşakib təsnifat mərhələsində kosovolu Eqzon Şalaya uduzaraq (9:13), mübarizəni dayandırıb.

 

Həmçinin dünən yarışlar keçirilən çəkilərdə bu gün həlledici görüşlər olacaq. İki güləşçimiz bürünc, 3 pəhləvanımız isə qızıl medal üçün döşəyə çıxacaq.

57 kq

1/4 finalda uduzan Mahir Əmiraslanov təsəlliverici görüşdə Zuheyir Əl Oraj (Fransa) ilə münasibətlərinə aydınlıq gətirəcək.

65 kq

Buna qədər postsevet ölkələrinin 4 nümayəndəsini məğlub edən Hacı Əliyev finalda türkiyəli Selahattin Kılıçsallayanla çempionluq uğrunda görüşəcək.

70 kq

Finala qədərki 3 rəqibi önündə ciddi çətinlik yaşamayan Ağahüseyn Mustafayev də həlledici görüşdə türkiyəli ilə qarşılaşacaq. Onun rəqibi Mustafa Kaya olacaq.

79 kq

Cəbrayıl Həsənov finalda Əhməd Qazıməhəmmədovla qarşılaşmalı idi. Lakin rusiyalı güləşçi zədəli olduğu üçün gümüş medalla kifayətlənib. Belədə Həsənov 3-cü dəfə Avropa çempionu olub.

97 kq

Dünən ilk görüşündəcə məğlub olan Nurməhəmməd Hacıyev təsəlliverici görüşdə Almaniya idmançısı Gennadi Kudinoviçi üstələməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right