Hollandiya klubu erməni futbolçunu qovdu

Hollandiyanın "Villem II" klubu "Beşiktaş"dan icarəyə götürdüyü erməni futbolçu Aras Özbilizin icarə müqaviləsini pozub. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin baş məşqçi ilə mübahisəsi səbəb olub. Ermənistan millisinin üzvü müqavilə ilə məxsus olduğu "Beşiktaş"a qayıdıb.

Qeyd edək ki, Özbiliz cari mövsüm 17 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right