“Qələbə üçün oynamaq mümkünsüz idi”

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində V turun görüşləri keçirilir. Newsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. Partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak edib.

Azərbaycan qrossmeysteri qeyd edib ki, V turdakı oyunundan razı qalıb: "Prinsipial pozisiya izlədik. Gedişləri saymaq və diqqətli olmaq vacib idi. Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu. Üstünlük görünmürdü, heç bir perspektiv olmayacaqdı. Ümumilikdə Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda uduzmamalıydım. David Navarayla görüşdə üstünlüyü qoruya bilmədim. Ümid edirəm istirahət günündən sonra nəticələr daha yaxşı olacaq".

Dünya çempionu Maqnus Karlsen nəticədən razı qalmadığını etiraf etdi. Onun sözlərinə görə partiya istədiyi kimi bitmədi: "Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım.Şəmkirdə ardıcıl qələbələrdən sonra liderliyə yüksəldim, bununla belə stabil oynamıram. Səhvlər üzərində işləmək lazımdır".

Qeyd edək ki, sabah "ShamkirChess2019" turnirində istirahət günüdür.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah