Teymur Giriyə, Şəhriyar Navaraya qarşı

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.

Newsport.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edəcək.

Məmmədyarov çexiyalı David Navaranı sınağa çəkəcək. Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

“ShamkirChess 2019”

IV tur

3 aprel

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan)

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya)

Turnir cədvəli: 1. Maqnus Karlsen – 2.5 xal, 2-3. Dinq Liren, Sergey Karyakin – 2 xal, 4-6. Vişvanatan Anand, Teymur Rəcəbov, Veselin Topalov – 1.5 xal, 7-10. Aleksandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov, David Navara - 1 xal.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right