"Şəmkiri çempion kimi tərk etmək istəyirəm" dünya çempionu

Azərbaycanın tanınmış qrossmeysteri, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda hindistanlı Vişvanatan Ananda qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) rəqibinin mətbuat konfransını əsəbi halda yarımçıq tərk etməsinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, şahmatçı belə halları normal qarşıladığını bildirib: “Anand uduzduğuna görə məyus olmuşdu. Onu tənqid edə bilmərəm. Öncədən dedi ki, getmək istəyir və birinci sualı ona verəsiniz. Hər zaman Anandla oynamaq mənə maraqlı olub. Onunla oyuna ciddi hazırlaşıram. İndi qalib gəldiyimə görə sevinirəm. Düşünürəm ki, Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu. Fikrimcə, Anand dünyanın ən güclü şahmatçılarından biridi. Ona qarşı açıq mübarizə aparmaq çətindi. Aramızda prinsipiallıq yoxdu. Sadəcə, bu qələbəyə sevinməyim normaldı. Axı rəqib adi şahmatçı deyil”.

Dünya çempionu hər zaman qatıldığı turnirlərdə qəlib gəlmədiyini, ancaq Şəmkirdə birincilik üçün yaxşı atmosferin olduğunu bildirib: "Bütün yarışlarda qalib gəlmək mümkün deyil. Üç dəfə Şəmkir turnirində iştirak etmişəm və qalib gəlmişəm. Şəmkirdə ancaq şahmat barədə düşünmək üçün əla şərait var. Təşkilatçılıq yüksək səviyyədədi, ona görə bu ildə də Şəmkiri çempion kimi tərk etmək istərdim".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah