Şəhriyar Məmmədyarov gücünü qorumağa çalışır: "Şəmkir kimi turnirlərdə hər bir oyun məndən enerji aparır"

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ilk turunda üz-üzə gələn təmsilçimiz Şəhriyar Məmmədyarovla rusiyalı Aleksandr Qrişuk arasındakı oyun heç-heçə yekunlaşıb. Newsport.az turnirin mətbuat xidmətinı istinadən xəbər verir ki, oyundan dərhal sonra şahmatçılar mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildiriblər.

Qrişuk heç-heçə ilə razı olduğunu vurğulayıb: “Biraz yorğun idim. Nəticədən razıyam. Astanada keçirilən yarışda istirahət etmədiyimi düşünürəm. Nə qədər oyun varsa, o qədər çox istirahət etmək lazımdır”.

Həyatda gənc həmkarlarının nə istədiklərini başa düşmədiyini deyən zəka sahibi şahmatda onları yaxşı anladığını bildirib. O, gənclərlə oynamağın çətin olduğunu qeyd edib.

Məmmədyarov son dəfə belə tez zamanda heç-heçəni dünya kubokunda Sergey Karyakinə qarşı oynayarkən etdiyini deyib. Şahmatçı onun üçün mövsümün əsas hissəsinin may ayından başlayacağını bildirib: “Belə turnirlərin çox olması mənim üçün normaldır. Bu il mənim ən çox oynayacağım il olacaq. İl ərzində yüz klassik partiyada oynamağı planlaşdırıram. Şəmkir kimi turnirlərdə hər bir oyun məndən enerji aparır. Çalışıram gücümü qoruyum.  Heç-heçə vəziyyəti varsa, heç-heçə edirəm. Bu, nomaldır. Burada heç bir sirr yoxdur”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right