Sərbəst güləşçilərimizin Mahaçqala toplanışı davam edir

Sərbəst güləş yığmamız Mahaçqalada təlim-məşqi davam etdirir.

Newsport.az-ın məlumatına görə, martın 5-dən ölkə dışında növbəti hazırlığa start verən millimiz ayın 19-da toplanışı yekunlaşdıraraq Vətənə dönəcək.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə keçirilən çalışmada həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.

Gələn ay Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı yerli komandayla birgə baş tutub.

Yunan-Roma və qadınlardan ibarət millilərimiz qitənin ən güclülərinin yarışına paytaxtda hazırlaşır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right