Türkan Nəsirova Avropa çempionatında 5-ci oldu Yenilənib

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verib. Mübarizəyə 1/4 finaldan başlayan Türkan Nəsirova Türkiyə təmsilçisinə qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq finalın bir addımlığında ötən il dünya ikincisi olmuş Rusiya nümayəndəsi ilə bacarmayıb. Türkan martın 7-də bürünc medal uğrunda mübarizə aparıb və 5-ci yerlə kifayətlənib.
Ceyla Nağızadə keçirdiyi hər iki görüşdə məğlub olub.

50 kq
Bürünc medal görüşü - Türkan Nəsirova - Miqlena Georgiyeva Selişka (BUL) 4:5
1/2 final - Türkan Nəsirova - Nadejda Sokolova (RUS) 0:4
1/4 final - Türkan Nəsirova - Aynur Erge (TUR) 5:1

68 kq
İkinci tur - Ceyla Nağızadə - Yevgeniya Andreyçikava (BLR) 1:4
Birinci tur - Ceyla Nağızadə - Xanım Vəliyeva (RUS) 0:10





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah