"Əsas məqsəd yığmaya layiqli idmançılar yetişdirməkdi"

Yeniyetmə və gənc kikboksçular Azərbaycan birinciliyinə hazırlığı Saray qəsəbəsində davam etdirir.

Newsport.az xəbər verir ki, respublika miqyaslı yarışa paytaxt idmançıları ilə yanaşı, ayrı-ayrı bölgələrdən kikbokçsçular qatılacaq.

Məşqlər Daxili İşlər Nazirliyi idman cəmiyyətinin və Uraqan klubunun məşqçisi Muxtar Allahyarov və Elnur Cəfərovun rəhbərliyi altında davam edir.

Muxtar Allahyarovun sözlərinə görə qarşıya qoyulan əsas məqsəd gənc və yeniyetmələri döyüşkən ruhda tərbiyə etmək və yığma komandaya layiqli idmançı yetişdirməkdir.

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş xatirə turnirində qızıl medal qazanmış İbrahim Məmmədov uğurlarını davam etdirmək niyyətindədi.

Yarışqabağı hazırlıqların önəmli olduğunu deyən idmançı yalnız çempioluğa köklənib. 

Ölkəmiqyaslı yarışda fərqlənəcək kikboksçular İrlandiya, Almaniya və Latviyada təşkil olunacaq beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini qoruyacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right