Ustalar arasında Azərbaycan çempionatı necə başa çatdı?

Bakı İdman Sarayında usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

Newsport.az-ın məlumatına görə, yarışda müxtəlif kateqoriyalar üzrə 110 veteran idmançı medallar uğrunda mübarizə aparıb.

Çempionatın qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub.

Usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.

Fevralın 25-də həmçinin para cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda gözdən əlil 32 cüdoçu iştirak edib.

Fəxri kürsüyə qalxan atletlərə Cüdo Federasiyasının və Milli Paralimpiya Komitəsinin diplomları, medallar təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right