Sərbəst güləşçilərimiz Kislovodskda TMT-da

Sərbəst güləş üzrə yığmamız bu gün növbəti təlim-məşq toplanışına başlayıb. Newsport.az xəbər verir ki, yanvarda Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq keçən millimiz bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska yollanıb. Dünən vətəni tərk edən komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi hazırlıq prosesində iştirak edir. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right