"Formula 1 Azərbaycan"ın müddəti uzadıldı

Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

Newsport.az-ın məlumatına görə, bu barədə gənclər və İdman naziri Azad Rəhimov  bugünkü mətbuat konfransında bildirib. O, yeni müqavilənin müddətinin 2023-cü ilə qədər nəzərdə tutulduğunu deyib.

Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri imzalayıblar.

Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right