Rafael Ağayev Fransada gümüş medalçı oldu

Fransada keçirilən “Paris Open” Karate1 Premyer Liqa turnirinə yekun vurulub. Newsport.az xəbər verir ki, “Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev yarışın son günündə final döyüşünü keçirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan turnirin həlledici qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə üz-üzə gəlib. Duelin taleyini 1 xal həll edib. Minimal hesabla uduzan karateçimiz gümüş medala yiyələnib.

Xatırladaq ki, Ağayev yarışın ilk günündə Qulam-Abbas Saadini (Pakistan) 7:2, Enes Qaribovici (Xorvatiya) 2:0, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə 5:0, Ali Asker Asiabarini (İran) 2:1 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right