Şəhriyar Məmmədyarov Maqnus Karlsenə məğlub oldu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" beynəlxalq turniri davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hazırkı dünya çempionu olan norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Görüş azərbaycanlı şahmatçının məğlubiyyəti ilə başa çatıb. Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov isə çinli Din Lijenlə heç-heçə edib.

Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 1:0

Rixard Rapport (Macarıstan) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5

Yan-Kşiştof Duda (Polşa) – Aniş Giri (Hollandiya) – 0:1

Din Lijen (Çin) – Teymur Rəcəbov (Azərbaycan) – 0,5:0,5

Santoş Vidit (Hindistan) – Sem Şenklend (ABŞ) – 0,5:0,5

Yorden van Forest (Hollandiya) – Vladimir Fedoseyev (Rusiya) – 1:0

 

Turnir cədvəlində vəziyyət: Nepomnyaşi, Lijen, Giri, Karlsen – hərəyə 4 xal, Vidit, Anand – 3,5, Rəxəbov – 3, Məmmədyarov, Duda, Şenklend, Rapport –2,5, Fedoseyev, Kramnik, van Forest – 2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right