Millimizdən yeni ilin ilk toplanışı

Karateçilərimiz 2019-cu il mövsümünə hazrılıqlara başlayıb. Newsport.az xəbər verir ki, bu məqsədlə Qəbələdə böyüklərdən ibarət milli komandanın təlim-məşqləri keçirilir.

Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb.

Mövsümün ilk təlim-məşq toplanışı 21 yanvarda başa çatacaq. 

Karateçilərimiz 23 yanvarda Fransaya, Karate1 Paris Premyer Liqasına yola düşəcəklər. 

İlboyu milli komandamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə  Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Karate1 seriyasından olan Premyer Liqa və A seriyası turnirləri də daxil olmaqla, bü rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right