3 azərbaycanlı hakim U-23 Gürcüstan çempionatını idarə edəcək

İ-S dərəcəli hakim Asif Şirəliyevə Gürcüstan güləş federasiyasından dəvət gəlib.

Newsport.az-ın məlumatına görə, o bu ölkədə 23 yaşadək sərbəst usulla çıxış edənlərin ölkə çempionatında supervayzer olacaq.

Bu, qonşularımızın ona 4-cü etimadıdır. Həmyerlimiz öncələr 3 dəfə ustaların Gürcüstan çempionatında baş hakim olub. Qarşı tərəf prinsipal görüşlərdə bitərəf referilərin olmasında maraqlıdı.

Asif Şirəliyevə ötən ay da dəvət gəlmişdi. O, 2-4 noyabrda Krasnoyarskda 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən sərbəst güləşçilərin U-15 beynəlxalq yarışında UWW nümayəndəsi olub.

Həmyerlimiz qonşu ölkədə yeganə azərbaycanlı olmayacaq. Ona 1-ci dərəcəli Sədi Quliyevlə 2-ci kateqoriyalı Abdul Nuriyev yoldaşlıq edəcək. Yeri gəlmişkən, adı ilk çəkilən referi olimpiya statusu almağa namizədlər siyahısındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right