Yeniyetmələrin "Sərhədçi"də açıq paytaxt birinciliyi sona yetdi

“Sərhədçi” olimpiya idman mərkəzində yeniyetmə cüdoçuların açıq Bakı birinciliyinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 3 gün davam edən rəqabətdə 56 klubdan 562 nəfər arasında 9 çəkidə qaliblər müəyyənləşib.

Qızlarda Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63 kq), Ləman Hüseynova (70 kq), Nərmin Əmirli (+70 kq); oğlanlarda Nihad Xəlilov (46 kq), Sadiq Cəlalov (50 kq), Yunus Yunusov (55 kq), Turan Bayramov (60 kq), Nahid İsmayılov (66 kq), Elcan Hacıyev ( 73 kq), Adil Adilzadə ( 81 kq), Ruslan Nəsirli ( 90 kq) və Məhəmməd Məmmədov (+90 kq) bütün rəqiblərinə qalib gəliblər.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına ACF, BŞGİBİ-in medal və diplomları təqdim olunub. Sonda ölkə cüdosunun inkişafında xidmətləri olan, əməkdar məşqçi Zaur Rəcəbliyə 50 illik yubileyi münasibəti ilə federasiyanın xüsusi hədiyyəsi təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right