Prezident idmançı və məşqçiləri evlə mükafatlandırdı

Dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mənzillə mükafatlandırdığı görkəmli idman xadimlərinin adları müəyyənləşib.

Newsport.az xəbər verir ki, aşağıdakı 25 idman mütəxəssisi və idmançılar evlə təmin olunub:

1. Nazim İsrafilov – atletika üzrə millinin məşqçisi

2. Rəhman Xanlarov – avarçəkmə üzrə millinin baş məşqçisi

3. Emil Məhərrəmov – boksçu

4. Rəhim Allahverdiyev – boks üzrə əməkdar məşqçi

5. Samit Nuruzadə – basketbol üzrə kişilərdən ibarət millinin məşqçisi

6. Abil İbrahimov – sərbəst güləş üzrə yeniyetmələrdən ibarət millinin məşqçisi

7. Eldəniz Əzizli – yunan-Roma güləşçisi

8. Vəfa Bəkərova – gimnastika üzrə millinin məşqçisi

9. Olqa Ansari – həndbol üzrə qadınlardan ibarət millimizin sabiq qapıçısı, idman ustası

10. Elmira Ağakişiyeva – voleybol üzrə veteran idmançı

11. Sənan Həşimov – taekvondo üzrə yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi

12. Məhəmməd Məmmədov – taekvondoçu

13. Yaşar Babayev – futbol üzrə SSRİ-nin əməkdar idman ustası

14. Əli Hacıyev – cüdo və sambo üzrə əməkdar məşqçi

15. İlahə Qasımova – karateçi

16. Ruxi Hüseynov – şaolin idmançısı

17. Babək Əliyev – kunq-fuçu

18. Ramal Aslanov – kikboksçu

19. Nizami Məmmədov – şərq əlbəyaxa döyüş növləri üzrə idmançı

20. Cavidan Qarayev – samboçu

21. Rüstəm Musayev – pauerliftinqçi

22. Gülnar Məmmədova – şahmatçı

23. Vaqif Əliyev – həndbol üzrə beynəlxalq dərəcəli hakim

24. Elşən Hüseynov – Gənclər və İdman Nazirliyində sektor müdiri

25. Yaşar Rzayev – Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi. (oxu.az)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah