Azərbaycan güləşçiləri üçün 5 min dollar qazanmaq şansı

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda sərbəst güləş üzrə "Alans" turniri keçiriləcək. Newsport.az xəbər verir ki, bu gün start veriləcək turnir dekabrın 9-dək davam edəcək.

 

Yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) yarışda ölkəmizi təmsil edəcək.

 

Qeyd edək ki, çempionlar 5000, yalnız finalda məğlub olanlar 2000, bürünc medalın sahibləri üçün 1000 dollar pul mükafatına sahib çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right