Sərbəst güləşçilər Xasavyurtda yarışacaq

Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə “Continental Cup” turniri keçiriləcək.

Newsport.az-ın məlumatına görəölkəmizi bu yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Mircəlal Həsənzadə, İslam Bazarqanov, Əliabbas Rzazadə (hamısı 57 kq), İntiqam Vəlizadə (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Gitinoməhəmməd Hacıyev, Ağahüseyn Mustafayev (hər ikisi 70 kq), Coşqun Əzimov (74 kq), Elçin Məmmədov, Ravil Babazadə, Abdulmuslim Məmmədov (hamısı 79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədhacı Xatıyev, Cavid Sadıqov (hər ikisi 92 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.

II dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right