Türkan Nəsirova və Səbirə Əliyeva dünya çempionatında çıxış etdi

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın 3-cü günündə qadınların mübarizəsinə start verilib. Yığmamızın dörd üzvündən ikisi bu gün xalça üzərinə çıxıb.
Türkan Nəsirova 1/8 finalda rusiyalı rəqibinə uduzub.
Səbirə Əliyeva mundiala inamlı başlayıb. Güləşçimiz təsnifat mərhələsində cəmi 38 saniyəyə ukraynalı idmançıya tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə Kanada təmsilçisi Əliyeva üzərində eyni formada qələbə qazanıb.

50 kq
1/8 final - Türkan Nəsirova - Nadejda Sokolova (RUS) 5:11

76 kq
1/4 final - Səbirə Əliyeva - Qreysili Duqan (CAN) 2:7 (tuşe)
Təsnifat - Səbirə Əliyeva - Anastasiya Şustova (UKR) 2:0 (tuşe)


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right