Cüdoçumuz Avropa üçüncüsü oldu

Azərbaycan cüdoçusu Rəşad Yelkiyev Macarıstanın Gyor şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. 
 
Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Sloveniya təmsilçisi David Starkeli məğlub edib. 
 
Kişilərin mübarizəsində İlkin Babazadə (66 kq), qadınlarda isə Ülviyyə Rəhimli, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Səkinə Zayirova və İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right