DÇ-2018: Elvin Mürsəliyev medalsız qaldı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev təsəlliverici görüşə çıxıb.

Newsport.az-ın məlumatına görə, onun 1/4 finalda uduzduğu rusiyalı Aleksandr Çekirkin finala yüksəldiyi üçün Mürsəliyev bu gün bürünc medal uğrunda mübarizə aparıb. Rəqibinə 1:5 hesabı ilə məğlub olan təmsilçimiz dünya çempionatını 7-ci yerdə bitirib.

Qeyd edək ki, Mürsəliyev 1/16 finalda polşalı İvan Nilipiuka 9:0, 1/8 finalda amerikalı Kamal Amir Beyə 6:2 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Çekirkinə 0:3 uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right