DÇ-2018: İslam Abbasov yarımfinalda, Məmmədov uduzdu Yenilənir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az saytının məlumatına görəyarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib. Ancaq Məmmədov 1/4 finalda ikiqat Avropa çempionu olan rusiyalı güləşçiylə bacarmayıb.
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb. İslam 1/4 finalda ötən il 80 kq-da dünya və Avropa ikincisi olmuş Belarus təmsilçisiylə üz-üzə gəlib. Abbasov bu görüşdə də sevinən tərəf olub və adını yarımfinala yazdırıb.
Qeyd edək ki, yarımfinal görüşlərinə Bakı vaxtı ilə 19.00-da start veriləcək.

60 kq
Təsnifat - Murad Məmmədov - Kali Süleymanov (KGZ) -:+ (tuşe)

67 kq
1/4 final - Kamran Məmmədov - Artyom Surkov (RUS) 1:5
1/8 final - Kamran Məmmədov - Denis Demyankov (UKR) 7:3
1/16 final - Kamran Məmmədov - Karen Aslanyan (ARM) *2:2

87 kq
1/2 final - İslam Abbasov - Jan Belenyuk (UKR)
1/4 final - İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final - İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final - İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right