İrina Netreba: "Qələbəmi anama həsr edirəm"

İrina Netreba (65 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan ilk qadın güləşçimiz oldu.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı güləşçi bürünc medal əldə etdikdən sonra mundialdakı çıxışı haqqında bunları deyib:
"Sözsüz, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım. Bu "bürünc"ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm".



 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right