DÇ-2018: Mariya Stadnik gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib. Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.
Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olan Şimali Koreya təmsilçisiylə ağır qarılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisiylə qarşılaşıb. Yığma üzvü son görüşdə uduzub və gümüş medal qazanıb.
Anjela Doroqanın da startı parlaq alınıb. Yığma üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və yığma üzvünün məğlubiyyəti ilə nəticələnib. Rəqib finala çıxdığından Anjela oktyabrın 25-də təsəlliverici görüşdə qazaxıstanlı görüşçüyə məğlub olub.
Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionuyla üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala çıxdığı üçün Alyona oktyabrın 25-də təsəlliverici görüşdə Hindistan təmsilçisinə uduzub.
Elmira Qəmbərovanın Bolqarıstan təmsilçisi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib. Ancaq rəqibin finaladək irəliləməsi güləşçimizə təsəlliverici görüşdə özünə göstərmək imkanı verib. Qəmbərova oktyabrın 25-də təsəlliverici görüşdə çinli rəqibinə də yenilib.

Qeyd edək ki, 50 kq-da mükafatlandırma mərasimdə Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev iştirak edib. Çempion Yui Susakiyə qızıl medalı və çempionluq kəmərini AGF rəhbəri təqdim edib.

50 kq
FİNAL - Mariya Stadnik - Yui Susaki (JPN) 0:10
1/2 final - Mariya Stadnik - Sonhyanq Kim (PRK) 4:2
1/4 final - Mariya Stadnik - Yanan Sun (CHN) 10:0
1/8 final - Mariya Stadnik - Fredrika İda Petersson (SWE) 10:0

53 kq
Təsəlliverici görüş - Anjela Doroqan - Ulduz Eşimova (KAZ) 3:5
1/4 final - Anjela Doroqan - Sara Ann Hildebrant (USA) 9:15
1/8 final - Anjela Doroqan - Hsin Yu Çiu (TPE) 10:0

57 kq
Təsəlliverici görüş - Alyona Kolesnik - Puca Danda (İND) 3:8
1/8 final - Alyona Kolesnik - Ninqninq Ronq (CHN) 0:10
Təsnifat - Alyona Kolesnik - Helen Lusi Marolis (USA) 4:2 (tuşe)

62 kq
Təsəlliverici görüş - Elmira Qəmbərova - Linqlinq Bao (CHN) 2:6
Təsnifat - Elmira Qəmbərova - Taybe Mustafa Yuseyn (BUL) 5:5*





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right