DÇ-2018: Eldəniz Əzizli qızıl, Rəsul Çunayev bürünc medal qazandı Yenilənib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Newsport.az saytının məlumatına görəyarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. 
Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutub. Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudu. Təbriklər, Eldəniz! Uğurlarının ardı gəlsin! 
Taleh Məmmədov təsnifat mərhələsində çətinliklə də olsa, norveçli həmkarını üstələyib. Taleh 1/8 finalda erməni həmkarından da güclü olub. Ancaq Taleh 1/4 finalda gənclərin son dünya çempionatında gümüş medal qazanmış misirli rəqibinə uduzub.
Dünya çempionu Rəsul Çunayev mübarizəyə 1/8 finaldan qoşulub və yapon rəqibinə qalib gəlib. Rəsul 1/4 finalda prinsipial rəqibi olan iranlı güləşçini də üstələyib və yarımfinala yüksəlib. Finalın bir addımlığında ikiqat dünya çempionu olmuş alman güləşçiylə bacarmayan Rəsul oktyabrın 26-da bürünc medal görüşünə çıxıb. Rusiyalı rəqiblə gərgin keçən görüşdən qalib ayrılan Çunayev dünya çempionatının bürünc medalını qazanıb.
Rafiq Hüseynov da yarışa 1/8 finaldan başlayıb və bolqar güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 0:3 geridə olsa da, yekun nəticə Hüseynovun xeyrinə olub. Amma Rafiq 1/4 finalda iranlı rəqibinə uduzub.

55 kq
FİNAL - Eldəniz Əzizli - Jolaman Şarşenbekov (KGZ) 10:0
1/2 final - Eldəniz Əzizli - Nuqzari Tsurtsumia (GEO) 6:3
1/4 final - Eldəniz Əzizli - Şota Tanokura (JPN) 9:0
1/8 final - Eldəniz Əzizli - Liquo Çao (CHN) 9:0
Təsnifat - Eldəniz Əzizli - Jozef Andrasi (HUN) 9:0

63 kq
1/4 final - Taleh Məmmədov - Həsən Əhməd Məhəmməd (EGY) 0:3
1/8 final - Taleh Məmmədov - Slavik Qalstyan (ARM) 3:1
Təsnifat - Taleh Məmmədov - Stiq-Andre Berqe (NOR) 2:1

72 kq
Bürünc medal görüşü - Rəsul Çunayev - Abuiazid Mantsiqov (RUS) 4:3
1/2 final - Rəsul Çunayev - Frank Stebler (GER) 1:9
1/4 final - Rəsul Çunayev - Məhəmmədəli Abdulhəmid Gerayi (İRİ) 6:4
1/8 final - Rəsul Çunayev - Tomohiro İnoe (JPN) 3:1

82 kq
1/4 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (İRİ) 0:3
1/8 final - Rafiq Hüseynov - Daniel Tihomirov Aleksandrov (BUL) 4:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right