Azərbaycan yığması Avropa çempionatına 8 nəfərlə yollandı

20 və 23 yaşadək ağır atletlərdən ibarət komandalarımız Polşada keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Qitə birinciliyində körpücük üzərinə 8 idmançımız çıxacaq.

Newsport.az-ın məlumatına görə,  20 yaşadək oğlanların mübarizəsində yalnız Rüstəm Qasımov bacarığını nümayiş etdirəcək.

Qızların yarışında isə məşqçilər heyəti Səbinə Əzimovaya şans verəcəklər. 23 yaşadək oğlanların yarışında Məhəmməd Məmmədli və Paşa İbrahimli ölkəmizin idman şərəfini qoruyacaq.

Bu yaş kateqoriyasında 4 qadın atletimiz ümidləri doğrultmağa səy göstərəcək. Mərziyyə Məhərrəmova 48 kiloqramda ümidləri doğrultçalıdır.

58 kiloqram çəki dərəcəsində Gülçin Əlizadə qüvvəsini sınayacaq. 63 və 69 kiloqram çəki dərəcələrində müvafiq olaraq Firuzə İbrahimova və Elnarə Abbasova mükafatlara iddialıdı. Avropa birinciliyində 40-dək ölkədən 393 atlet iştirak edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right