Fərhad Rəcəbli 8-ci dəfə veteranlar arasında ən güclü oldu

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Fərhad Rəcəbli Rusiya, ABŞ və Braziliyadan olan güclü rəqiblərini məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb. Bu, idmançımızın usta cüdoçular arasında qazandığı 8-ci çempionluqdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right