Turan Bayramov: "Sevincimin həddi-hüdudu yoxdur"

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Turan Bayramov (65 kq) qələbəsini şərh edib.  

Newsport.az xəbər verir ki, Sərbəst güləşçimiz rahat çempion olduğunu qeyd edib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. MOK, AGİN və AGF-ə də təşəkkür edirəm”.

 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right