Olimpiya çempionu qızıl medalını satışa çıxardı: borc əlindən

2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında yelkənli qayıq sürmədə qızıl medal qazanan israilli Qal Fridman qızıl medalını satışa çıxarıb.

Newsport.az xəbər verir ki, bu barədə 41 yaşlı keçmiş idmançı sosial şəbəkə hesabında məlumat verib. O, medalı satışa çıxardığını və pulu olan ciddi insanlarla danışıqlar aparmağa hazır olduğunu deyib. Borcları olan Fridman pula ehtiyacı olduğu üçün bu addımı atıb.

Fridman 2005-ci ildə verdiyi müsahibədə "Dünyada heç bir pul medalların yerini tuta bilməz" demişdi.

Qeyd edək ki, israilli idmançı 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında bürünc mükafat qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right