Millimiz Türkiyəyə uduzdu dünya çempionatı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının ikinci mərhələsində üçüncü oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Türkiyə ilə qarşılaşan yığmamız 1:3 (26:24, 25:17, 22:25, 25:21). hesabı ilə uduzub.

Qeyd edək ki, bunadək İtaliya və Çin yığmalarına məğlub olan Azərbaycan millisi ilk turun nəticələrindən sonra üçüncü mərhələyə vəsiqə qazanmaq şansını itirib. Yığmamız qrupunda formal xarakter daşıyan son matçını oktyabrın 11-də Bolqarıstana qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right