Azərbaycan yığması uzaq Tokioya 12 nəfərlə yollandı

Karate üzrə Azərbaycan milli komandası Yaponiyanın paytaxtı Tokioya, Karate1 Premyer Liqa turnirinə yollanıb.

Newsport.az-ın məlumatına görə, Dünya Karate Federasiyasının (WKF) ən nufuzlu turnirində 12 idmançı iştirak edəcək.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə vitse-prezident Rəhman Hətəmov, Baş katib MirHəsən Seyidov, Baş hakim və beynəlxalq hakim Cahangir Babayev, eləcə də Vüqar Kərimov və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov yer alıb.

Baş məşqçilər Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Vahid Ayvazov, o cümlədən böyük məşqçi Seymur Hüseynov kumite turnirində on bir, kata yarışlarında isə bir idmançını müşayiət edəcək.

Heyətə Firdovsi Fərzəliyev (-60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) daxil edilib.

Mövsümün 7 mötəbər Premyer Liqa turnirindən olan son Tokio mərhələsi, həm də noyabrda İspaniyada dünya çempionatına yekun hazırlıq yarışı olacaq. Komandamız oktyabrın 16-da Bakıya dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right