Kişi şahmatçılarımızdan ikinci məğlubiyyət

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının 9-cu turun oyunları keçirilir.

 

Newsport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi Çinlə üz-üzə gəlib və uduzub - 1,5:2,5 . Qadın şahmatçılarımız isə Ukrayna ilə heç-heçə edib - 2:2.

 

Kişilər

 

Azərbaycan - Çin  - 1,5:2,5
Şəhriyar Məmmədyarov - Din Lijen - 0,5:0,5
Teymur Rəcəbov - Yu Yanyi - 0,5:0,5
Arkadi Naydiç - Vey Yi - 0,5:0,5
Eltac Səfərli - Bu Syançji - 0:1

 

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayıb.
 
Qadınlar

 

Azərbaycan - Ukrayna - 2:2
Günay Məmmədzadə - Anna Muzıçuk - 0:1 
Xanım Balacayeva - Mariya Muzıçuk - 0,5:0,5
Gülnar Məmmədova - Anna Uşenina - 1:0 
Ülviyyə Fətəliyeva - Yuliya Osmak - 0,5:0,5

 

Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla oynayıb.

 

Qeyd edək ki, hazırda 13 xalı olan kişi şahmatçılarımız ilk dəfə bundan əvvəlki tur ABŞ-a uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right