Şahmat millilərimizdən heç-heçə

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının 7-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi Polşa ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız isə İtaliya ilə qarşılaşıb. Hər iki milli heç-heçə edib.

 

Bu nəticədən sonra Azərbaycanın kişilərdən ibarət yığması 13 xalla Polşa ilə birgə liderliyini davam etdirir.

Kişilər

Polşa – Azərbaycan - 2:2

Şəhriyar Məmmədyarov – Duda Yan-Kşiştof - 0,5:0,5 
Teymur Rəcəbov – Rodoslav Voytaşek - 0,5:0,5
Arkadi Naydiç – Tomçak Yaçek - 0,5:0,5
Eltac Səfərli – Kamil Draqun - 0,5:0,5

E. Səfərli və T.Rəcəbov ağ, Ş.Məmmədyarov və A.Naydiç  isə qara fiqurlarla oynayıb.

Qadınlar

İtaliya – Azərbaycan 2:2

Günay Məmmədzadə - Olqa Zmina - 0,5:0,5
Ülviyyə Fətəliyeva – Marina Brunello - 0,5:0,5 
Xanım Balacayeva – Desire Di Bendetto - 0,5:0,5
Zeynəb Məmmədyarova – Elena Sedina - 0,5:0,5

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ,  G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right