Şahmat millimizdən ardıcıl altıncı qələbə

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib. 

Newsport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi Latviya ilə üz-üzə gəlib. Hər iki görüşdə komandalarımız qələbə qazanıblar.

Çexiya ilə qarşılaşmada Şəhriyar Məmmədyarov və Arkadi Naydiç ağ fiqurlarla qalib gəlib, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla heç-heçə ediblər. 

Latviya ilə görüşün taleyini isə sonuncu lövhədə Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə həll edib. Zeynəb Məmmədyarovanın istirahət etdiyi qarşılaşmada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə edib. 

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan - Çexiya - 3:1 

Şəhriyar Məmmədyarov - David Navara - 1:0

Teymur Rəcəbov - Viktor Lazniçka - 0,5:0,5

Arkadi Naydiç - Zbinek Qraçek - 1:0

Rauf Məmmədov - İrji Stoçek - 0,5:0,5

Qadınlar

Azərbaycan - Latviya - 2,5:1,5 

Günay Məmmədzadə - Laura Roqule - 0,5:0,5

Xanım Balacayeva - İlze Berzina - 0,5:0,5

Gülnar Məmmədova - Linda Krumina - 0,5:0,5 

Ülviyyə Fətəliyeva - Elizabete Limanovska - 1:0

Qeyd edək ki, 6 turdan sonra xal itirməyən kişilərdən ibarət Azərbaycan millisi 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millimiz isə 10 xalla 7-ci pillədə qərarlaşıb. VII turda rəqiblər müvafiq olaraq, Polşa və İtaliya olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right