Bakı küləyi Yaponiyanı dünya çempionu etdi

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün yekun vurulub.

 

Newsport.az saytının məlumatına görə, sonuncu - səkkizinci yarış günündə qarışıq komanda yarışları baş tutub.

 

Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1.

 

Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar. Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right