Putin Azərbaycan yığmasını çox layiqli komanda adlandırdı

Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəsinin yığması ilə Azərbaycan millisinin bürünc medal uğrunda görüşü barədə fikirlərini bölüşüb.

Newsport.az saytının məlumatına görə, dövlət başçısı Rusiya kollektivinin üzvləri ilə görüşdə Azərbaycan millisini layiqli komanda adlandırıb.

V.Putin "Sizin bürünc medal qazanmaq üçün şansınız var" desə də, rəqiblərinin çox layiqli komanda olduğunu vurğulamağı unutmayıb.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Rusiya yığmasının hazırlıq səviyyəsi və görüşlərə köklənməsi rəqiblərindən heç nə ilə geri qalmır. Əksinə, onun fikrincə, komandanın səviyyəsi daha yüksəkdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right