Güləşçimiz dünya çempionu oldu

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Slovakiyanın Trnava şəhərində gənclər arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. 
 
Newsport.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində yer alan Hacıyev finalda rusiyalı Razambek Camalova qalib gəlib - 4:3. İlk hissədən sonra 0:3 hesabı ilə geridə olan azərbaycanlı pəhləvan görüşün sonlarında geridönüş edərək dünya çempionu olub. Bu, ölkənin cari mundialda ilk qızıl medalıdır.
 
Orxan Abbasov isə bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə moldovalı Andrian Qrosulu sonuncu xalı qazandığı üçün üstələyib - 3:3.
 
Əvəzində 57 kq çəkidəki Əliabbas Rzazadə 1/8 finalda ermənistanlı Arsen Harutyunyana uduzub - 1:6. 65 kq-da yer alan Röyal Ağamalıyevin qarşısını eyni mərhələdə moldovalı Nikolay Qrahmez kəsib - 3:7. 97 kq-da Orxan Həsənov isə elə ilk görüşdəcə qazaxıstanlı Serik Bakitxanova uduzub - 0:7.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right