GDÇ-2018: Abakarov finalda, Həmidli bürünc medal görüşünə çıxacaq Yenilənir

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəbu gün 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. 
İntiqam Vəlizadə və Maqomed Asiyatilov ilk mərhələdə uduzub. 
Abubakr Abakarov ilk mərhələdə Türkiyə güləşçisinə qalib gəlib. 1/8 finalda Macarıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Növbəti mərhələdə rusiyalı həmkarına da qalib gələn Abakarov yarımfinala yüksəlib. Abubakr üçün ən rahat görüş bu mərhələdə olub. Hindistanlı rəqibinin işini ilk hissədə bitirən yığmamızın üzvü adını finala yazdırıb. Təmsilçimiz sabah amerikalı güləşçiylə çempionluq uğrunda mübarizə aparacaq.
Asxab Həmzətov amerikalı rəqibi ilə görüşdə əzmkar qələbəyə sevinib. Hesabda 2:6 geridə olan təmsilçimiz ardıcıl iki uğurlu fəndlə hesaba tarazlıq gətirib. Sonuncu xal prinsipinə əsasən Həmzətov növbəti mərhələyə yüksəlib. Ukraynalı rəqibini də üstələyən Asxab 1/4 finalda Qazaxıstan təmsilçisinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyindən Həmzətov təsəlliverici görüşə çıxacaq. 
Mübarizəyə 1/8 finaldan qoşulan Rahid Həmidli Qırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesabı məğlubiyyəti ilə nəticələnib. Həmidli sabah bürünc medal qazanmağa çalışacaq.

61 kq
Təsnifat - İntiqam Vəlizadə - Arman Eloyan (FRA) 1:8

74 kq
FİNAL - Abubakr Abakarov - Mexi Kevin Luis (USA)
1/2 final - Abubakr Abakarov - Saçin Rathi (İND) 11:0
1/4 final - Abubakr Abakarov - Devid Betanov (RUS) 9:3
1/8 final - Abubakr Abakarov - Botond Lukaş (HUN) 7:0
Təsnifat - Abubakr Abakarov - İsa Demir (TUR) 5:0

86 kq
Təsnifat - Maqomed Asiyatilov - İvan Nedealko (MDA) 4:10

92 kq
Təsəlliverici görüş - Asxab Həmzətov
1/4 final - Asxab Həmzətov - Əlişir Yerqali (KAZ) 0:2
1/8 final - Asxab Həmzətov - Aleksandr Bikanov (UKR) 4:1
Təsnifat - Asxab Hamzatov - Yakob Aleksander Varner (USA) *6:6

125 kq
Bürünc medal görüşü - Rahid Həmidli
1/2 final - Rahid Həmidli - Ali Medhat Abde Barqut (CAN) 2:3
1/4 final - Rahid Həmidli - Mohit Mohit (İND) 5:0
1/8 final - Rahid Həmidli - Ayan Alimov (KGZ) 5:3





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right