Dünya çempionatında ilk medal Yenilənib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkəmizi təmsil edən Hidayət Heydərov bürünc medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı idmançımız monqolustanlı Tsoqtbaatar Tsend-Oçirə qalib gəlib. Heydərov rəqibini vazari xalı ilə məğlub edib.

H.Heydərov açıqlamasında prezident İlham Əliyevn yarışı izləməsinin qələbə qazanmasında böyük rolu olduğunu deyib: 

“Çox çətin idi. Dünya çempionatlarında birinci medalımdır. Rəqib də çox güclü idi. Çox sevinirəm. Dünya üçüncüsüyəm. Prezidentin gəlişi də mənə güc verdi. Dedim ki, qızıl getdi, amma üçüncü yeri əldən verən deyiləm. Yarımfinaldakı rəqibim çox güclü idi. Yaxşı hazırlaşmışdı. Sadəcə mən də tez yoruldum. O yorulmadı və mənə qalib gəldi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right