Basketbol ulduzunun atası öldürüldü

ABŞ-ın Milli Basketbol Liqasının (NBA) keçmiş ulduzu Riçard Cefersonun onunla eyni adı daşıyan atası öldürülüb.

Newsport.az-ın məlumatına görə, 65 yaşlı ata Ceferson Kompton şəhərində bir marketin qarşısında avtomobildə olarkən iki nəfərin silahlı hücumuna məruz qalıb.

Bədənindən çoxlu saydı güllə yarası alan Ceferson dərhal xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək olmayıb.

Hadisə zamanı avtomobildə Cefersondan başqa 2 nəfər də olub. Hücumun Cefersona, yoxsa həmin iki nəfərə edildiyi hələlik məlum deyil.

Qeyd edək ki, basketbol ulduzu Riçard Ceferson NBA-da 17 il ərzində 8 klubda forma geyinib. 2016-cı ildə “Klivlend Kavalers”lə çempionluq yaşayıb. O, ötən mövsüm “Denver”də oynadıqdan sonra 37 yaşında karyerasını bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right