İki güləşçimiz qızıl medala doğru

Rusiyanın Yakutsk Respublikasının Saxa şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir start götürüb. 
 
Newsport.az-ın məlumatına görə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında Azərbaycanı 7 güləşçi təmsil edir. Onlardan ikisi – Pərviz İbarahimov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Əli Rəhimzadə (65 kq) ilə Hacımurad Ömərov (74 kq) bürünc medal qazana bilər.
 
Sentyabrın 7-də İbrahimovla Hacıyev final, digər iki güləşçi isə təsəlliverici görüşlərə çıxacaq. Əhmədnəbi Qvarzatilov, Məhəmmədhacı Kasumov (hər ikisi 61 kq) və İbrahim Yusubov (79 kq) isə sabah ilk qarşılaşmalarını keçirəcəklər.  
 
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right