Azərbaycan yığması finalda

İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında "Yadigar İmam Cup” beynəlxalq turniri start götürüb.
 
Newsport.az saytının məlumatına görə, komanda yarışında yeniyetmələrdən ibarət Azərbaycan yığmasının məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv Azərbaycanı təmsil edir. Milli qrupda İran-3 və Ermənistana 8:2, İran-2 komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da azərbaycanlı güləşçilər qrup qalibi kimi finala yüksəlib.
 
Sentyabrın 7-də keçiriləcək final görüşündə rəqib İranın əsas komandası olacaq. 
 
Qeyd edək ki, yarışın hakimləri arasında azərbaycanlı Azər Allahverdiyev də var.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right