Ramil Quliyev “ayın ən yaxşısı” adına namizədlər sırasında

Beynəlxalq yarışlarda Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "avqust ayının atleti" adına namizədlər sırasındadır.

Newsport.az-ın məlumatına görə, Berlin Olimpiya stadionunda keçirilən qitə birinciliyində 200 metr məsafəyə qaçışda 19,76 saniyə göstərici ilə şəxsi rekordunu qıraraq, qızıl medal qazanan Ramil Quliyev, Avropa Atletika Assosiasiyası tərəfindən “ayın atleti” mükafatına namizəd göstərilib.

Xatırladaq ki, Ramil ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right