Güləşçilərimiz “Yadigar İmam Cup” üçün səfərə çıxır

Yeniyetmə sərbəst güləşçilərimizin ardınca yunan-Roma güləşçilərimiz “Yadigar İmam Cup” beynəlxalq turnirində iştirak edəcək.

Sentyabrın 6-7-də İranın Sircan şəhərində təşkil olunacaq komanda yarışında yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv ölkəmizi təmsil edəcək.

Newsport.az-ın məlumatına görə, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right