Ramil Quliyev: "Hər iki ölkəni xoşbəxt edirəm"

Berlində keçirilən Avropa çempionatında 200 metr məsafədə qızıl, 400 metr məsafəyə komanda şəklində gümüş medal qazanan Ramil Quliyev Türkiyə mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı idmançı gələcəkdə də uğurların ardını gətirəcəyini deyib:

"Yarışda gözəl şəkildə çıxış etdiyimiz üçün qürur duyuram. İnşallah, gələn yarışlarda daha uğurlu çıxış edəcəyik. Favorit olmağım üzərimdə təzyiq yaratmırdı. Yaxşı məşq edəndə qarşılığını alırsan. Berlində yaxşı nəticə qazandım".

Quliyev hədəfləri barədə danışıb: "Xəyalım gerçəkləşməyə bilər, amma Avropada rekordlar qırmaq və Olimpiya Oyunlarında medal qazanmaq istəyirəm. Məqsəd olanda və bu yöndə çalışanda uğur da olur. Bu hədəflərimə çatacağıma inanıram".

Ramil Berlində Avropa çempionu olmasından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ona zəng edib təbrik etdiyini bildirib: "Biz idmançıyıq, iş adamı yox. İşimizi ürəkdən edirik. Bizə belə maraq olanda özümüzü xoşbəxt hiss edirik. Ərdoğanın zəng etməsi məni qürurlandırdı. Digər ölkələrdə belə şeylər olmur. Dövlət adamları zəng edib təbrik etməz".

İdmançı Azərbaycan və Türkiyə xalqını xoşbəxt etdiyini deyib: "Ölkələrin əraziləri fərqlidir, amma eyni millətik. Türkiyə adına belə uğurlar qazandığım üçün qürurluyam. Doğulduğum yeri əsla unutmaram. Mən yarışlarda nəticə qazananda iki bayraqla bunu qeyd etmişəm. Həm Türkiyəni, həm də Azərbaycanı xoşbəxt edirəm. İnşallah, belə davam edərəm".

Ramil keçmiş amerikalı sprinter Maykl Consonu, yamaykalı Useyn Boltu bəyəndiyini deyib. Ancaq özünə örnək olaraq, atasını gördüyünü sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right