Azərbaycan İsveçi məğlub etdi

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb. 

Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.

Azərbaycan - İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right