Fernando Alonso növbəti il Formula 1-də çıxış etməyəcək

Formula-1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso gələn il yarışlarda iştirak etməyəcəyini bildirib.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı pilot onu qarşıda bir sıra yeniliklərin gözlədiyini bildirib.

Bununla belə, F.Alonso hansı yarışlarda iştirak edəcəyini bildirməyib. Bundan əvvəl, idmançı İndieCar və LeMans Series yarışlarda da iştirak edib.

F.Alonso karyerası ərzində 32 Qran-Prinin qalibi olub və 97 dəfə podiuma çıxıb. 2005 və 2006-cı illərdə o "Benneton-Renault" komandası ilə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right